Azərbaycanı sevməyən xarici təşkilatların dəyirmanına su tökənlər istəklərinə çatmadılar
Qondarma qurum olan "Milli Şura" üzvləri, "vahid namizəd"ləri Cəmil Həsənli ilə birgə rüsvayçı məğlubiyyətdən sonra həyasızcasına səs-küy salmaqdan, etiraz bildirməkdən əl çəkmirlər. Buna baxmayaraq özləri də yaxşı bilirlər ki, cücə kimi cippildəməklə heç nəyə nail olan deyillər. AXCP sədri Əli Kərimli 5-10 nəfər tərəfdaşlarını mitinqə səsləməklə, elə düşünür ki, hansısa təxribat, iğtişaş cəhdlərini uğurla həyata keçirə biləcək. Lakin heç vaxt belə bir hal baş verən deyil. Çünki xalq hər kəsi yaxşı tanıyır və bu cür təxribatçıların sözünə inanmır.
Oktyabrın 12-sinə mitinq təyin edən "Milli Şura" başbilənləri axı hansı üzlə insan qarşısına çıxmağa hazırlaşırlar. İnsanda abır-həya olar. Bunlarda isə bundan əsər-əlamət belə qalmayıb. Böyük fərqlə məğlub olasan və vətəndaşların səni qəbul etmədiklərini açıq şəkildə görəsən, sonra da xalqın qarşısına çıxmağa üzün ola. Bunu yalnız simasını itirmişlər edə bilər. Cəmil Həsənli, İsa Qəmbər, Əli Kərimli, Eldar Namazov və onlara bənzər bir neçəsi bu qəbildən olan insanlardır.
AXCP sədri səslərinin oğurlandığından danışaraq bir daha özünü biyabır etdi. Ondan soruşmaq lazımdır ki, ay şarlatan axı sizə kim səs verib ki, o da oğurlana?! Axı vətəndaşlar sizə səs verməyib, axı insanlar sizə inanmırlar. İnsan özünü bu qədər alçaldarmı, bu qədər biyabırçı günə salarmı?! Demək ki, Ə.Kərimli insanlıqdan çıxıb. Çünki insan olsaydı, belə hərəkətlər etməz, bu cür şəxsiyyətsizliyə yol verməzdi. Müsavat başqanı ilə əl-ələ verən AXCP sədri C.Həsənlinin başına elə bir oyun açdı ki, indi özünü ziyalı adlandıran Cəmil bəy qalıb ulaya-ulaya. Səsini də eşidən yoxdu. 12 oktyabrda çıxıb 2-3 nəfər qarşısında nə danışacağını bilməyən C.Həsənli Ə.Kərimli və İ.Qəmbərin təzyiqlərinə məruz qalır. Aralarına qan davası düşən bu insanların artıq bir-birlərini ölümlə hədələyəcəkləri də bəllidir. Onlar məğlubiyyəti bir-birlərinin boynuna atırlar. Lakin ümumilikdə məğlubiyyətin tək səbəbi odur ki, Azərbaycan xalqı bu insanlara nifrət edir. Çünki onlar satqın, dələduz, yaramaz, siyasətdən uzaq, şəxsi mənafelərini düşünən, xalqın, vətənin mənafeinə hər zaman qeyri-ciddi yanaşan insanlardırlar. Belələri heç zaman qələbə qazana bilməz.
Cahid Süleymanov