PDF Oxu

Müxalifət

  • 24

Fazil Mustafa: "Müstəqillik Azərbaycan dövlətinin haqqıdır"

Fazil Mustafa: "Müstəqillik Azərbaycan dövlətinin haqqıdır"

"Azərbaycan xalqı dövlət müstəqilliyini qazanıbsa, deməli buna haqqı çatıb və eyni zamanda bu müstəqilliyi qorumağa gücünün olduğunu da sübut edib". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fazil Mustafa deyib. O bildirib ki, Azərbaycanın müstəqilliyə gedən yol böyük çətinliklərdən keçib: "İlk dəfə 1990-cı il 30 avqust bəyannaməsi ilə Azərbaycanın dövlət müstəqilliyi elan olunub. 18 oktyabr Azərbaycan Dövlətinin Müstəqilliyi Günü ilə əlaqədar Konstitusiyada qanun qəbul edildikdən sonra məhz bu gün rəsmi şəkildə Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günü kimi qeyd olunmağa başladı. Daha sonra bu gün 1992-ci il 29 dekabr tarixində Ümumxalq Referendumu ilə təsdiq olundu. Müstəqilliyi əldə etmək, onu qoruyub saxlamaq hər xalqa nəsib olmur. Hazırda da bir sıra dövlətlər müstəqil olmağa can atır, bu yolda qurbanlar verirlər. Qazanılan uğurları, nailiyyətləri davam etdirmək, müstəqilliyi gələcək nəsillərə də çatdırmaq üçün hər bir azərbaycanlı öz imkanlarından və bacarığından istifadə etməli, gücünü ortaya qoymalıdır".

sia.az

Digər xəbərlər