Bir bayquş tək yalqız qalıb
"Ümid" partiyasında son zamanlar, xüsusən də, seçkidən sonra baş verən üsyanın səbəbləri yeni-yeni açılmağa başlayır. Əslində, çox mətləblər bəlli idi. Artıq partiyanın sədrindən iyrənən müavinləri ondan bir an öncə uzaqlaşmağa çalışırdılar. Lakin başları boş olduğuna görə, fikirləşirmişlər ki, birdən işdi İqbal seçkidə qalib gələr, olar xanədan. Lakin əvvəlcədən hadisələri şərh etməyən bu yaramazlar anlamadılarmı ki, seçkinin qalibi bəllidir. Xalqın inandığı tək bir namizəd var. "Ümid"in namizədi isə təbii ki, xalqın nifrətinə düçar olanlardan biri idi.
Seçki də belə başa çatdı. Layiqli namizəd qalib gəldi. Sonradan isə İ. Ağazadənin müavinləri başladılar şıllaq atmağa. Əlimizdə olan məlumatlara əsasən, istefa verən gənclərlə iş üzrə sədr müavini Ruslan İzzətli və digər müavin Aynur İmranova istefa verdikləri gün İqbalın keçəl kəlləsinə tuş gəliblər. Hətta İ.Ağazadənin R.İzzətliyə kəllə vurduğu da məlumdur. R.İzzətli isə İqbalın çoxdan kəllə atan olduğunu bildiyi üçün qaçıb Aynur İmranovanın otağında gizlənib.
Bu yaramazların bir-birlərinin başına açdığı oyunlar bununla bitmir. Aralarında davanın pik həddini yaşayan "Ümid" partiyasının sədri ilə müavinləri daha sonra bir-birlərini hədələyiblər. Belə ki, döyüldükdən sonra müavinlər açıb ağzını, yumub gözünü. Aralarında xeyli söyüşmədən sonra partiyanın digər üzvləri tərəfindən sakitləşdirilən sədr və müavinlər mübarizələrinə son qoymayıblar. Daha sonra İ.Ağazadə R.İzzətliyə zəng edib ki, təklikdə görüşsünlər.
Bütün bu olanlar hələ davam edir. Təbii ki, baş verən olaylar onu deməyə əsas verir ki, "Ümid" partiyasında hələ çox qanlar töküləcək. Partiya üzvlərinin İ.Ağazadəyə olan nifrəti günü-gündən artır. Bu nifrət isə İqbalın axırına çıxacaq. Sonda isə İqbal Ağazadəyə məsləhət görərdik ki, siyasətdən elə getsin ki, birdə siyasət sözünü dilinə gətirməsin. Siyasət onun keçəl kəlləsi üçün deyil.
Cahid Süleymanov