"Milli Şura"nın 12 oktyabr mitinqi çoxunuzun yadındadır, o mənada yox ki, nəsə vacib bir şey olub. Sadəcə, uzun illərin donkixotçuluğunun "Məhsul" variantını da gördünüz.
Uğursuzluqla nəticələnən mitinq bitər-bitməz muzdlu mitinqçilər metroya doğru yürüşə başladılar, bu da bir yana qalsın o hələ "İnşaatçılar" metrosunun giriş-çıxışını da bağlayıb təxribat törətmək istədilər. Atalar yaxşı deyib, "gərək vicdanının gözü düz görsün". Hər kəs gördü ki, insanları təxribata çəkən, polislərlə konfliktə can atan elə müxalifətin özü idi. Əgər belə olmasa idi, saat 18:00-da bitən mitinqlərini qeyri-qanuni yollarla 20:00-dək uzatmazdılar və nəticədə də bəzi xoşagəlməz olaylar yaşanmazdı.
Amma bəzi insanlar var ki, ləyaqətini itirdikcə özünü "ləyaqətli" göstərmək üçün bütün növbəti ləyaqətsizliklərə əl atır. Elə "Milli Şura"nın 20 oktyabra təyin etdiyi növbəti mitinq şousu da bu cəhdə hesablanıb. Normal müxalifət şələ-küləsini yığıb qərargahında oturardı, uğur qazanmaq üçün səhvlərini saf-çürük edib sağlam addım atmağa hazırlaşardı. Daha pis arvadlar kimi, tumanını başına keçirib hər gün birinin qucağında oturmaq nəyə gərəkdir!?
Yenə də mitinq başlayan kimi beş barmağından üçünü yuxarı qaldırıb özünü "qurd" hesab edən 10-15 nəfər tülkü "huuuuu" xəstəliyi ilə meydana girəcəkdir. O tərəfdən də bir sürü qoyuna bənzər "NİDA"çı ateistlər "məəəə-məəəə" çığırtıları ilə mitinqə "bəzək" verməyə çalışacaqlar. Elə bu dəmdə "Cəmil bəy" şüarları səslənəcək və "hörmətli" keçmiş namizəd Cəmil Həsənli də bu şüarlar altında meydana daxil olacaq. Mən əminəm ki, əgər bu "NİDA"çılar C.Həsənlinin tələbələri olsa idi, onlara 2-dən artıq qiymət yazmazdı. İndi gör özünü kimlərin ümidinə qoyub. O mitinqlərdə o qədər az adam olur ki, çıxış edənlər mikrofunsuz da danışsalar eşitmək olar, sadəcə, mikrofon "imitasiya və fon" yaratmaq cəhdidir. Deyirəm ki, bu zalım uşaqlarını anaları doğanda elə mitinqlər üçün doğub ərsəyə gətirib.
Keçən dəfə yazmışdıq ki, 12 oktyabr mitinqində təxribatlar olacaq, elə də oldu. Planları bu idi ki, C.Həsənli çıxış edib gedən kimi, müxalifətçi gənclər metroya doğru hücum edib giriş-çıxışı bağlasınlar. İndi isə, planları belədir ki, müxalifətçi funksionerlərdən bir neçə nəfər də 20 oktyabrda törədiləcək təxribatlarda iştirak edəcək. İnanmırsınız, gəlin, baxın. Amma bunu da məsləhət görmürəm, çünki baxmağa gəlsən, müxalifətin olmayan sayını artırmış olursan. Sadəcə, bir şey maraqlıdır, 12 oktyabr mitinqində iğtişaş törədən müxalifətçilər içərisində nə üçün bir nəfər də olsun funsioner yox idi? Nə üçün mitinq bitən kimi partiya funksionerləri maşınlara oturub qaçdılar? Buna bacardığımız qədər cavab verdik, sizlər də bir qədər düşünün...
Samir