PDF Oxu

Müxalifət

  • 17

"Milli Şura" niyə RF səfirıiyi qarşısındakı piketə qatılmadı?

"Milli Şura" niyə RF səfirıiyi qarşısındakı piketə qatılmadı?

Əslində bu sualın cavabı bəri başdan bəllidir. Çünki "Milli Şura" ideyasının təməlində məhz Rusiyanın qaranlıq siyasi dairələrinin barmağı mövcuddur və "şura" RF səfriliyi qarşısındakı etiraz piketinə qatılsaydı həmin barmaqlar bilavasitə qurumu idarə edənlərin gözlərinə basılardı. Beləliklə, bir daha aydın oldu ki, Azərbaycan vətəndaşı Orxan Zeynalovun Moskvada bir nəfər Rusiya vətəndaşını qətlə yetirməkdə şübhəli bilinməsi, xüsusi təyinatlıların ona qarşı barbarcasına davranışı, eləcə də bu hadisədən sonra Rusiyada yaşayan, işləyən soydaşlarımıza qarşı anti-təbliğat kulminasiyasına start verilməsi "Milli Şura"nın marağında olan məsələlərdəndir. Belə ki, əgər "Milli Şura" həqiqətən də milli maraqlar çərçivəsində çıxış edən qurum olsaydı, bu qurumun sədri Rüstəm İbrahimbəyov açıq şəkildə öz etirazını bildirər, "Milyarderlər İttifaqı" soydaşlarımızın haqlı etirazlarına səs verib, azərbaycanlılara qarşı hücumları pisləyən bəyanat yayar, eləcə də buradakı siyasi başbilənləri - Cəmil Həsənli hələ Avropada səfərdə olarkən kəskin münasibət bildirər, Əli Kərimli, İsa Qəmbər də onun münasibətini dəstəkləyərdilər. Fəqət, təəssüf ki, həm İbrahimbəyov, həm də "Milyarderlər İttifaqı" azərbaycanlılara qarşı ksenofobiyanı pisləmək yerinə, Orxan Zeynalova qarşı törədilən qeyri-insani davranışlara haqq qazandırdılar.

Əcəli əlində olmayan "Milli Şura"

Hətta əsəblərini cilovlaya bilməyən soydaşlarımız RF səfirliyi qarşısına çıxaraq öz etirazlarını bildirərkən, bunların susqunluğu bir daha sübut etdi ki, "Milli Şura" şimal qonşumuzun qaranlıq siyasi dairələrin əlində ipli kukladır və necə deyərlər, əcəli də öz əlində deyil.

Üstəlik, bu da azmış kimi, Orxan Zeynalovun ittiham olunduğu müəmmalı cinayət hadisəsi bütövlükdə Azərbaycana qarşı təbliğata, həm də təzyiq vasitəsinə çevrildiyinə baxmayaraq, "milli dövlətçilikdən", "xalq amilindən" dəm vuranların cınqırları belə çıxmadı. Qəribəsi də budur ki, "Milli Şura" bu məsələdə susur, ancaq özünə və ağalarına sərf edən addım kimi, Bakı şəhər İcra Hakimiyyətinə mitinq keçirmək üçün məktub ünvanlayır. Yəni bunların məqsədləri icazəli, ya da icazəsiz formatda aksiyalar keçirməkdən və xalqın maraqlarından deyil, öz maraqlarından çıxış edərək, ölkədəki siyasi sabitliyi pozmaqdan ibarətdir. Əgər belə olmasaydı, hadisənin səhəri günü AXCP sədri Əli Kərimli öz köhnə və düşük ənənəsinə sadiq qalaraq "Hanı Azərbaycan dövləti?" tipli zəhlətökən suallar verib, dərhal iqtidarı günahkar çıxarmaq üsuluna əl atmazdı.

Azərbaycançılıqdan xəbər verməyən münasibət

Hansı ki, hadisənin səhəri günündən başlayaraq Azərbaycan hakimiyyəti əməli tədbirlərə əl atdı və sonrakı günlərdə Rusiyaya iki etiraz notası göndərdi. Habelə, Rusiyadakı səfrliyimiz gərgin iş rejiminə keçərək, diasporamız ilə mütəşəkkil işlər aparmağa başladı. Beləliklə, Azərbaycan hakimiyyəti bir daha sübut etdi ki, harada olmasından asılı olmayaraq, o daim öz soydaşlarının yanındadır.

Təəssüf ki, bu gün dağıdıcı müxtəlif çirkin oyunbazlıqlar hesabına onun-bunun altına yıxılaraq imdad diləyən ənənəvi müxalifət və onların başbilənləri damarlarında azərbaycanlı qanı axıdırlar. Ancaq görünür, belələrinin şəcərələri, tam dəqiqliklə laborator analizdən keçirillməli və həqiqətən də azərbaycanlı olub-olmamaları dərindən yoxlanılmalıdır. Çünki başda Cəmil Həsənli olmaqla, bunların son olaylara qarşı sərgilədikləri münasibətləri heç də azərbaycançılıqdan xəbər vermir.

Digər xəbərlər