PDF Oxu

Müxalifət

  • 33

Cəmil Həsənli Avropadan üzüqara qayıdıb

Cəmil Həsənli Avropadan üzüqara qayıdıb

Biyabırçı seçki məğlubiyyətindən sonra başını götürüb Avropaya qaçan qondarma qurumun "vahid namizədi" Cəmil Həsənli Avropada döyülüb qayıtdıqdan sonra xəstəxanalardan birində müalicə olunmağa başlayıb. "Professor"un başına avropalılar o qədər döyüblər ki, başı lap xarab olub. Başına hava gələn C.Həsənli İsa Qəmbərlə Əli Kərimlini tanımayıb. Məlumatlara əsasən, elə bu əsnada Ə.Kərimli İ.Qəmbərə deyib ki, əşşiiiiiiii, cəhənnəmə tanısın, gora tanısın bizi. Onsuz da o, bizə daha lazım deyil.

Buradan belə anlaşılır ki, artıq Əli ilə İsa özlərinə yeni lox tapıblar. Cəmildən bunlara yar olmaz daha. C.Həsənli Avropadan qayıtdıdan sonra onunla Müsavat başqanı və AXCP sədri arasında başqa söhbətlər də olub. Birtəhər Cəmili dilə tutub söz qoparmaq istəyən bu dələduzlar C.Həsənlidən bir-iki kəlmə söz eşidiblər. O sözlər də belə olub ki, C.Həsənli Əli ilə İsaya bildirib ki, "məni niyə aldadıb Brüsselə gönərmisiniz?! Axı sizlər bilirdiniz ki, məni orada qəbul edən tapılmayacaq". Buradan da belə anlaşılır ki, C.Həsənli növbəti dəfə qaz obrazında quyuya düşüb. Belə ki, Ə.Kərimli və İ.Qəmbər öncədən bilirmişlər ki, C.Həsənli oradan qovulacaq. Lakin buna baxmayaraq, ona yağlı vədlər verib göndəriblər.

Son nəticədə heç bir uğur, nailiyyət, qələbə əldə edə bilməyən C.Həsənli bir daha özünü biyabır etdi və həmçinin, Avropadan üzüqara qayıtdı. Buradan da belə başa düşmək olar ki, bu insanlar özlərini alçaltmağı xoşlayırlar. Belə insanlar həyatda heç nə əldə edə bilməzlər. Onların məğlubiyyətlərinin daim şahidi olacağıq. Belə insanlar ölkəmizdə rəhbər səviyyəsində təmsil oluna bilməzlər. Onların buna səviyyəsi, iradəsi qəti şəkildə çatmaz.

Cahid

Digər xəbərlər