Rusiyada Azərbaycan vətəndaşı Orxan Zeynalovla bağlı olaydan sonra demək olar ki, Rusiyada azərbaycanlı miqrantların vəziyyəti heç də ürəkaçan deyil. Qeyd edək ki, Azərbaycanın Rusiyadakı fövəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlunun səyləri və Azərbaycanın Rusiyaya bununla bağlı nota göndərməsi demək olar bütün Rusiyanı ayağa qaldırmağa səbəb oldu. Hətta Rusiya dövlət başçısı Vladimir Putin Rusiyada azərbaycanlı miqrantlara qarşı olunan təzyiqləri tənqid etdi və bunun yolverilməz olduğunu bildirdi. Lakin bundan sonra da, vəziyyət gərgin olaraq qalmaqda davam edir. Bunu isə bir çoxları Rusiyada yaşayan çoxsaylı miqrantların olması ilə bağlayır. Belə ki, Sankt-Peterburq Qanunvericilik Assambleyasının üzvləri Rusiyaya miqrantların axınını azaltmağa yönəldilmiş gözlənilməz bir təşəbbüs irəli sürüblər. Millət vəkilləri miqranların özlərini siğorta etmələrini istəyirlər. Təklif olunan şərtlərə əsasən, Rusiyaya vizasız gələn xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər ölkənin yaşayış minimumundan 6 dəfə aşağı məbləğdə bank hesabına sahib olmalıdırlar və miqrantlar ölkəyə daxil olarkən bu vəsaitlərin mövcudluğunu təsdiq edən gömrük sənədləri təqdim etməlidirlər. 2013- ci ilin I rübü üçün Rusiyada yaşayış minimumu 7 min 633 rubl məbləğindədir. Əgər bir miqrant Rusiyada yaşamaq istəyirsə, o zaman hesabında minimum 45 min rubl olmalıdır. Bu da orta hesabla 1080 manat edir.
Bu cür təkliflərin qanunda əks olıunması şübhəsiz ki, qonşu ölkələrdən Rusiyaya miqrantların gəlməsinə mane olmayacaq, lakin bu yolla onların sistemli şəkildə idarə olunmasının təmin ediləcəyi gözlənilir. Nəzərinizə çatdıraq ki, sözügedən qanun layihəsi Rusiyada artıq Dövlət Dumasına təqdim olunub.
Bu da, demək olar ki, Rusiyada miqrantlarla bağlı atılan önəmli bir addımdır. Çünki nəzərə almaq lazımdır ki, Rusiyada və hər bir millətdən olan çox sayda miqrantlar yaşayır, eyni zamanda, fəaliyyət göstərir. Adi halda təkcə Moskva şəhərində Rus milləti miqrantlarla müqayisədə azlıq təşkil edir. Bu da Rusiya hökümətini yetəri qədər narahat edir.
Xatırladaq ki, Rusiyada miqrantlara qarşı bu cür həyəcan siqnalının çalınması Ermənistnın Gömrük İttifaqına üzvlüyündən əvvəl Rusiyanın Ermənistanın Avropa Birliyi ilə razılaşmalarına erməni siyasətçilərinin Rusiyaya qarşı səsləndirdikləri hədə-qorxu səbəb olub. Ermənistan nəşrləri bu təhdid dolu materialı yetəri qədər ictimaiyyətə yayımlamışdı: "Rusiyada ruslardan çox erməni yaşayır. Ermənistana mane olduğu zaman biz onu daxildən cəzalandırmaq iqtidarındayıq"- kimi sözlərlə hətta Rusiyada yaşayan ermənilərin Rusiyada terror və çaxnaşma törətmək iqtidarında olduqlarının bəyanatı kimi şərh edilə bilər.
Böyük ehtimalla, bu səbəbdən də, Rusiya hakimiyyəti Rusiyanı miqrantlardan təmizləmək niyyətinə gəlib. Yalnız böyük sual doğuran məsələ ondan ibarətdir ki, hazırda miqrantlarla mübarizə aparmaq niyyətində olan Rusiya nə üçün onu şantaj edən erməniləri deyil, bu siyasəti məhz azərbaycanlı miqrantlardan başlayır? Bu, düşündürücü sualdır. Lakin qeyd edək ki, çox güman ki, Rusiya erməni miqrantları Gömrük Ittifaqına üzvlüyü qəbul etməsindən dolayı hələ ki, ehtiyatda saxlamaq niyyətindədir. Amma unutmayaq ki, Rusiyanın yürütdüyü miqrasiya siyasəti məhz Ermənistna qarşıdır. Bunu Rusiya daxilində mövcud erməni lobbisi anlayır və bu səbəbdən də bu durumu beynəlxalq aləmə Azərbaycanla Rusiya arasında olan problem kimi qələmə verirlər. Bu miqrasiya siaysətində azərbaycanlıların aqibətinin necə olacağı böyük sual altındadır. O üzdən, rusların özlərinin dediyi kimi desək, yaşayarıq, görərik!
Ülkər Musazadə