PDF Oxu

Müxalifət

  • 41

Müsavata bayquş gəlir

Müsavata bayquş gəlir

İsa Qəmbərin bütün elədikləri bir yana qalsın, sağlam müxalifətin yaranmasına mane olması başına dəysin, ancaq onun "Müsavat" adına gətirdiyi xələl də heç vaxt bağışlanmayacaq. Ən azı, bu partiyanın 20 ildə adının bu adamla bağlı olması çox şeyi şübhə altına qoydu.

Rəsulzadələrin, Topçubaşovların, Xoyskilərin miras qoyduğu "bərabərlik" anlayışını təlqin edən bir quruma indi qəmbərlər başçılıq edirsə, görün vəziyyət nə qədər acınacaqlıdır. Bir neçə gün öncə İ.Qəmbər deyirmiş ki, bizim sinəmizdə "Müsavat"ı quranların nişanları var. Amma bu hansı nişandır, ona aydınlıq gətirməyib. Seçki günü bir müxalifətçi funksioner də deyirdi ki, mən yuxuda nə vaxt istəsəm Rəsulzadə ilə danışıram. Bu, artıq xəstəlikdir. Olmaya bu zalım uşaqlarına vergidən-zaddan verilib. Ya da ki, özlərindən yeni adətlər peyda ediblər. Sabir adlı bir müsavatçı var, deyir ki, əgər İ.Qəmbər Müsavat başqanlığından getsə, onun nəyinisə götürüb sinəmdə nişan edəcəm. Yadıma bir fakt düşdü.

Deməli, Tailandda əri ölən, dul qalan qadınlar ölmüş ərlərinin cinsi orqanlarını kəsib qurudub sinələrindən asırlar, özü də bir ömür. Bu adətidir onların, yüzilliklərdən süzülüb gələn adətləridir. Nədənsə, elə ağlıma gələn "yadigar, nişan" söhbəti məhz elə birinci bu oldu.

Yeri gəlmişkən, 1 ildir hay-həşir gedir ki, Müsavatın qurultayı olacaq. Ay müsavatçılar nə oldu sizlərin qurultayınız? Özü də guya bu ölkədə sizə rahat olan yer yoxdur deyə, qonşu Gürcüstana da elçi düşmüşdünüz. Aylarla zəhləmizi tökdünüz ki, bizə yer vermirlər, yer də verdilər, sonra qurultay söhbətinizi büküb gizlətdiniz. Bəs nəyə lazım idi qurultaybazlıq!?

Deyilənə görə, Lalə Şövkət canfəşanlıq edir ki, İ.Qəmbər, Ə.Kərimli birdəfəlik çxııb getsinlər və meydanı yeni nəslə versinlər. Söhbət hansı meydandan gedir, onu bilmirəm. Lalə xanım Sərdar Cəlaloğlunun da bostanına toppuz atmamış getməyib, onu qeyri-ciddilikdə qınayıb. Deyib ki, istefa ərizəsi yazmışdısa, gərək elə çıxıb gedəydi, daha oyun-oyuncaq oynamaq lazım deyildi. Belə baxanda düz deyir də. İndi qalıb öz insaflarına. Nə isə, gedək bir normal şeylər haqqında köşə yazaq.

Samir

Digər xəbərlər