PDF Oxu

Müxalifət

  • 26

Dələduzların növbəti səs-küy şousu

Dələduzların növbəti səs-küy şousu

Oktyabrın 27-si dağıdıcı müxalifətin növbəti anormallığının şahidi olacağıq

"Milli Şura"nın boş-boş işlərinin ardı-arası bitmir. Gah nala vururlar, gah mıxa. Bunlar doğurdan da anormaldırlar. Hamı onların anormal vəziyyətdə 3-5 nəfərdən ibarət aksiyalarının şahidi olub. Həmin aksiyalarda plakatlara heç bir mənası olmayan, özlərinə "lider" bildiklərini təhqir edən yazıları ilə atlanıb-düşən 2-3 nəfər gədələri, bir də ki, pivədən içib söyüş söyən gəncləri görmüşük. Cəmil Həsənli də, İsa Qəmbər də, Əli Kərimli də sınıq-salxalq tribunaya çıxaraq "xalqım, millətim" deyib, özlərini yekə-yekə aparlaqla məşğul olublar. Orada onlara deyən olmadımı ki, axı bu xalq, millət sizi bəyənmir, istəmir, siz kimlərə müraciət edirsiz? Sizin xalq, millət dedikləriniz kimlərdir?!Özünüzə başqa millətmi tapmısınız?!

İndi də düşüblər ortalığa ki, oktyabrın 27-si növbəti şou göstərmək istəyirik. Həmin şouda yenə də mənasız, düşüncəsiz, lazımsız söhbətlər aparacaq "Milli Şura" üzvləri indidən başlayıblar yaramazlıqlara hazırlaşmağa. Məlumatlara görə, bu dəfəki aksiya da C.Həsənli bir mahnı oxuyacaq. "Qaytarın mənim 1 abbasımı" sözlərinində yer alacağı bu mahnıda o, açacaq sandığı, tökəcək pambığı. Hətta aksiyada Əli ilə İsanın mübarizəsi də, davası da gözlənilir. Belə ki, onlar arasında kəskin mübarizənin toxumları artıq çoxdan səpilib. Ümumiyyətlə, bu aksiyada bir çox anormal halların olacağı gözlənilir. Heç bir dənə də olsun normal bir halın olması mümkün deyil.

Qeyd edək ki, qondarma qurum olan "Milli Şura", məlumdur ki, biyabır olub, qalıb ortalıqda. Bu aksiyaları keçirməklə onlar özlərini daha da biyabır edirlər. Buradan da belə başa düşülür ki, onlara biyabır olmaq zövq verir.

Cahid Süleymanov

Digər xəbərlər