PDF Oxu

Müxalifət

  • 38

Kim kimi çubuğuna sarıyıb?

Kim kimi çubuğuna sarıyıb?

10 milyon insanın yaşadığı bir ölkəni idarə etmək istəyənlər niyə bir neçə adamın toplaşdığı "Milli Şura"nı idarə edə bilmirlər? Oktyabrın 24-də "Milli Şura"nın iclasında baş verən biabırçılıq gün kimi açıq olan faktların üstünə bir də işıq saçdı. İnsanın "AYIBDIR" deməkdən başqa yolu qalmır. Təsəvvür edin, iclasda 9 nəfər "Milli Şura"nın üzvlüyündən xaric olunur. Səbəb də o gətirilir ki, Açıq Cəmiyyət Partiyasının üzvləri Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova çıxışlarına, Akif Şahbazov və Gülnarə Qurbanova fəaliyyətsizliyinə, Asəf Quliyev, İlham Hüseyn və digərləri isə öz xahişləri ilə "Milli Şura"dan uzaqlaşdırılıblar.

Başlayaq ilk səbəbdən, yəni Z.Dünyamalıyeva və S.Ələsgərovadan. Bu şəxslər çıxışlarına görə "Milli Şura"dan uzaqlaşdırılıblar. Bəs görəsən, bu şəxslərin "Milli Şura"dan çıxarıldığını bəyan edən Cəmil Həsənli utandımı? Ona görə yox ki, niyə belə edib?! Ona görə ki, demokratiyadan dəm vuran "şura"çılar və Həsənli nə üçün bu iki şəxsi dedikləri azad fikrə, tənqidi münasibətə görə "Milli Şura"dan uzaqlaşdırıb? Axı sizlər bütün günü azadlıqdan, sərbəst fikirdən danışırsınız. Tutaq ki, Zəminə də, Solmaz da sərt çıxış edib, buna görə, siz də özünüzü qadın kimi aparmalıydınız?

A.Şahbazov və G.Qurbanova da "fəaliyyətsizliklərinə görə" "Milli Şura"dan uzaqlaşdırılıblar. Görəsən, hansı fəaliyyət və fəaliyyətsizlikdən söhbət gedir? C.Həsənli əgər olubsa, öz fəaliyyətinin nəticəsini ortaya qoya bilərmi? Eləcə də İsa Qəmbər, Əli Kərimli.

Guya A.Quliyevlə İ.Hüseyn də öz xahişləri ilə çıxarılıblar. Halbuki Asəfin çıxma səbəbi məlumdur, sadəcə, don geyindirmək lazım idi. Amma A.Quliyevdən başqa bu şəxslərin heç biri heç "Milli Şura"nın mitinqlərinə belə gəlmirdilər.

"Milli Şura"nın qalmaqallı sessiyası zamanı qurumun sədri Rüstəm İbrahimbəyovun təklifi də səsləndirilib. O, "Milli Şura"da həmsədrlik institutunun yaradılmasını təklif edib. Bir cümlə ilə "utanmırlar və oynayırlar" desək, bəs edər. Xüsusilə, Rüstəmin indi də bu formada bütün müxalifəti öz çubuğuna sarıması.

Amma ən maraqlısı Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxanın hərəkətləri olub. O, çıxış edərək Lalə Şövkətin "Milli Şura"dan çıxırılması barədə təkliflərə sərt reaksiya verib və o, hirslənərək iclası tərk edib. "Filan şey filan şeyin qənimidir" prinsipindən dəfələrlə yararlanan İ.Qəmbər bu dəfə fə Əvəz gedən kimi tez gedib onun yerində oturub.

Baxın, Asəf deyir ki, yeni hərəkat yaradıram, Rəsul Quliyev C.Həsənlini hədələyir, Sülhəddin Əkbər Rəsulun siyasətdə olmadığını deyir, bir sözlə, aləm dəyib bir-birinə. İndi necə baş çıxarasan?! Heç cür.

Samir

Digər xəbərlər