Ona yumurta sarısını tövsiyə edərdik
AXP sədrinin xoşagəlməz və satirik cizgilərlə dolu həyatı davam edir. Həqiqətən də Pənah Hüseyn özü öz həyatını gülməli, məzəli formaya salıb və belə də yaşamaqda davam edir. Bir insan ki, özünə partiya yaratdıqdan sonra Müsavat divanının üzvlüyündən çıxmaya, beləsindən nə gözləyəsən?!. Uşaqların sevimli cizgi filmi olan "Suslik"də elə suslikin obrazını xatırladan Pənahın çoxdan səsi çıxmır. Yəqin başı qarışıb cizgi filimlərinə. Baxmaqdan da doymur.
Məlumatlara əsasən, bir müddət öncə qoca alkaş Rüstəm İbrahimbəyovu ifşa edən P.Hüseyn onun buradakı əlaltıları tərəfindən yaxşıca döyülüb. Partiya sədri ola-ola Müsavat divanının iclasına qatılmaq üçün qərargaha gedən Pənahı İsa Qəmbərlə Əli Kərimli təkliyə salıb əzişdiriblər. Axı Rüstəmin qeyrətini çəkirlər. Bir şeyi başa düşmək olmur ki, vətənə, millətə xəyanət edib, ermənilərin təəssübkeşinə çevrilən R.İbrahimbyovun nə qeyrəti var ki, hələ bir onu müdafiə də edirlər. Burdan belə başa düşürük ki, elə İsa ilə Əli də onun tayıdırlar. Nə isə qayıdaq P.Hüseynə.
Məşhur bir deyim var ki, hər insanın həyatında xoşbəxtliyə qovuşa bilməsi üçün verilmiş bir saat vardır. İş o saatı qaçırmamaqdadır. Lakin göz önündədir ki, P.Hüseyn bu saatı qaçırıb və ona görə də biz AXP sədrini bir dəfə belə olsun xoşbəxt görə bilmirik. Çoxdandır heç bir məsələyə münasibət bildirməyə curət etməyən, söz tapıb danışmayan, özünü kənarda tutmaqla ağıllı hesab edən Pənah bir daha sübut etmiş oldu ki, onun siyasi arenada heç bir nüfuzu, mövqeyi və yeri yoxdur. Ona çox tövsiyələr olunmuşdur ki, siyasi səhnədən uzun illər bundan öncə uzaqlaşmalıdır. Lakin o, bunlara məhəl qoymamışdı. Bu gün isə şahidi oluruq ki, siyasi səhnə özü P.Hüseyni tərk etdi.
Sonda onu qeyd edək ki, elə İsa da, Əli də, Rüstəm də, Cəmil də, Eldar da və onlara qoşulan 3-5 nəfər başıboşlar da, bax, beləcə susacaq və səslərini çıxarmağa taqətləri belə qalmayacaq. Deyə bilərik ki, artıq siyasi səhnə onları qovub uzaqlaşdırıb.
Cahid Süleymanov