Beləliklə, qurumun tabutu da hazırdır
Məlumdur ki, "Milli Şura" deyilən qondarma qurumdan istefalar öz sürəti ilə davam edir. Bu istefaların belə də sürətlə davam edəcəyi gözlənilən idi. Çünki qurum yarandığı gündən etibarən heç bir inam və etimad qazana bilmədi. Məhz bunun nəticəsində də parçalandı və istefalar dalğası sürətləndi. Bir müddət öncə şahidi olduq ki, ALP sədri Əvəz Temirxan, "Milli Şura" daxili düşmənçiliyə üstünlük verir deyərək, qurumdan uzaqlaşdı. Ardınca "Milli Şura" üzvləri Asəf Quliyev, Lalə Hacıyeva, İlham Hüseyn, Zəminə Dünyamalıyeva, Solmaz Ələsgərova, Mövsüm Səmədov və İslam Partiyasından da bir nəfərin istefasını gördük. İstefa verənlərin isə hər birinin bu qurum haqqında söylədikləri mənfi fikirlər də nəzərdən qaçmadı. Onların açıq-aşkar bildridilər ki, "Milli Şura" yaramazların, bir-birləri ilə savaşanların cəmləşdiyi bir qurumdur. Onların hamısı bu qurumdan iyrənib istefa verdilər.
2 gün öncə isə daha 8 nəfər bu qurumdan istefa verdi və deyə bilərik ki, başını götürüb qaçdı. Sözün həqiqi mənasında, "Milli Şura"dan iyrənənlər, deyilənlərə görə hələ də özlərinə gələ bilmirlər. Məlumatlara əsasən, istefa verənlərin hər biri quruma rəhbərlik edənlərlə - Rüstəm İbrahimbəyovla, Eldar Namazovla, Əli Kərimli və İsa Qəmbərlə düşmən olublar. Çünki onlar çıxışlarında bildiriblər ki, quruma rəhbərlik edənlər orada olanların hissləri, düşüncələri, fikirləri ilə məzələniblər. Onlar bunu nəzərə alıb, istefa verərək, söz veriblər ki, Müsavat başqanının da, AXCP sədrinin də axırına çıxacaqlar.
Son proseslər bunu deməyə əsas verir ki, radikallar özlərinə yeni döyüş meydanı yaratdılar və bu cəbhədə bir-birlərinə qarşı amasız və qanlı mübarizə aparacaqlar. Ay bədbəxtlər, sizin taleyiniz elə bir-birinizə düşmən kəsilməniz üzərində qurulub. Bu proseslər, həmçinin, bir daha sübut etdi ki, müdrik Azərbaycan xalqı bu cür insanlara inanmamaqla təsdiq edib ki, onlar nə qədər yaramaz və alçaq insanlardır.
Cahid Süleymanov