PDF Oxu

Müxalifət

  • 37

Araz Əlizadə: “Milli Şura”nın fatihəsi oxunub”

Araz Əlizadə: “Milli Şura”nın fatihəsi oxunub”

"Milli Şura"dakı bütün özbaşınalıqlar gözlənilən idi. Rüstəm İbrahimbəyov tərəfindən "Milli Şura"nın vahid namizədi kimi Cəmil Həsənlinin göstərilməsindən sonra bu qurumda bütün üstünlüklər Müsavat və AXCP-nin əlinə keçdi. Bütün baş verən hadisələr də göstərir ki, artıq "Milli Şura"nın fatihəsi oxunub". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə "Milli Şura"da baş verən özbaşınalıqlara, şura üzvlərinin bir-birilərini ittiham etmələrinə münasibət bildirərkən deyib.Partiya sədri ATƏT-in Minsk qrupunun həmsədrləninin regiona səfərini də qısa və konkret şərh edib: "Minsk qrupunun heç bir səlahiyyəti yoxdur və onların bu dəfəki səfəri də bundan əvvəlkilər kimi, turistik xarakter daşıyır".

sia.az

Digər xəbərlər