PDF Oxu

Müxalifət

  • 35

Çingiz Qənizadə: “Ən böyük məsuliyyət ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşür”

Çingiz Qənizadə: “Ən böyük məsuliyyət ATƏT-in Minsk Qrupu həmsədrlərinin üzərinə düşür”

"Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədrləri öz üzərinə düşən vəzifəni kifayət qədər yerinə yetirməyiblər və yetirmirlər. Bəzən görüntü xatirinə həmsədrlər bir az aktivləşirlər. Lakin 1-2 ay çəkmədən həmsədrlərdə yenidən passivləşmə gedir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib.Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünün keçirilməsi nəzərdə tutulub: "Ancaq bu görüşdə nələr baş verə biləcəyini deyə bilmərəm. Lakin problemin həlli ilə bağlı irəliləyişlərin ola biləcəyii istisnadır. Arzu edirik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliyə doğru addımlar atılsın. Bunun da ən böyük məsuliyyəti ATƏT-in Minsk qrupunun həmsədrlərinin üzərinə düşür. Həmsədrlərdən tələb edirəm ki, üzərinə götürdükləri missiyanın həyata keçirilməsi üçün lazımi addımları atsınlar".

sia.az

Digər xəbərlər