PDF Oxu

Müxalifət

  • 38

Əli Kərimli "Milli Şura"nı inhisarına alıb

Əli Kərimli "Milli Şura"nı inhisarına alıb

AXCP sədrinin siyasi blefləri Cəmil Həsənliyə qarşı hesablanıb

AXCP sədri Əli Kərimlinin "Milli Şura"da bir neçə qruplaşmanı inhisarına alması faktları öz təsdiqini tapmaqda davam edir. Daha dəqiq desək, müəyyən xarici dairələrdən maliyyə dəstəyi alan Ə.Kərimli qruplaşmaları pul gücünə özünə cəlb edə bilib. Digər tərəfdən o da bəllidir ki, AXCP sədri zaman-zaman bank maxinasiyaları ilə də məşğul olduğu üçün hazırda əlində olan gəlirləri siyasi məqsədinin reallaşdırılması istiqamətində xərcləməkdədir.

Yelena Andreyevna Sadqiyeva kimdir?

Bu günlərdə məlum olub ki, Ə.Kərimlinin bank maxinasiyalarında daha bir müəmmalı ad üzə çıxıb - Yelena Andreyevna Sadqiyeva. Belə ki, kimliyi hələ ki, məlum olmayan bu xanımın adına köçürülən pulu "cəbhə" sədri bankdan çıxarıb. Beləliklə, son proseslərə nəzər yetirdikdə, bir daha məlum olur ki, əslində, "Milli Şura" bir nəfərin - AXCP sədri Ə.Kərimlinin əlindədir. Ona daha yaxınlığı ilə seçilən "Milli Şura" sədri Rüstəm İbrahimbəyov müəyyən məsələlərdə ona arxalanır və bir çox təlimatları da Ə.Kərimliyə verir. Söz yox ki, qazanca görə kiminlə gəldi əməkdaşlıq edən AXCP sədri bu imkanı əldən verməməyə çalışır. Əlbəttə ki, burada prezident seçkisindən öncə Ə.Kərimlinin İbrahimbəyovun vahid namizədliyini sona qədər dəstəkləməsi iddiaları da yer almaqdadır. Nəticədə R.İbrahimbəyov bu gün Ə.Kərimliyə bu yöndə müəyyən dəstəyini göstərir ki, AXCP sədrinin maliyyə məsələlərinin həlli də məhz bu sıradandır.

AXCP sədri vaxtilə "İctimai Palata"da oynadığı maxinasiya oyunlarını bu gün "Milli Şura"da oynayır

Görünür, bu səbəbdəndir ki, hazırda "Milli Şura"nın 70 faizindən çoxu artıq Ə.Kərimlinin inhisarı altına keçid alıb. Hətta belə demək mümkündür ki, AXCP sədri vaxtilə "İctimai Palata"da oynadığı maxinasiya oyunlarını bu gün "Mili Şura"da oynayır. Bütün bunlar isə həm də belə qənaətə gəlməyə zəmin yaradır ki, AXCP sədrinin siyasi blefləri Cəmil Həsənliyə qarşı hesablanıb. Bu gün bir çox ziddiyyətlli məqamları öz xeyrinə istifadə edən partiya sədri öz hesabını "şura" sədrliyi iddiasına yönəldib. Əgər yaxın günlərdə bu iddia ətrafında hər hansı bir etiraf, yaxud tələb olarsa, bundan təəccüblənməyə dəyməz.

Mübariz QULİYEV

Digər xəbərlər