PDF Oxu

Müxalifət

  • 23

Əli Orucov: “Arif Hacılı və ya digərləri başqan olsalar belə, Müsavat partiyasındakı gərginlik davam edəcək”

Əli Orucov: “Arif Hacılı və ya digərləri başqan olsalar belə, Müsavat partiyasındakı gərginlik davam edəcək”

"2011-ci ilin sonu, 2012-ci ilin əvvəllərində gündəmə gələn başqanlıq məsələsi Müsavatı hələ o zamandan ikiyə bölüb". Bu fikirləri SİA-ya Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) funksioneri Əli Orucov Müsavatda baş verən son olaylara münasibət bildirərkən deyib.Onun sözlərinə görə, həmin zamanlarda da İsa Qəmbərin postuna iddialı olanlar var idi: "Hazırda Müsavat partiyasına başqan seçimləri ərəfəsində bu məsələ yenidən gündəmə gətirilib. Bu posta ən çox iddialı olan isə Arif Hacılıdır. Ona görə də, Arif Hacılının İsa Qəmbərə nifrətini açıq şəkildə bəlli edəcəyi gözləniləndir. Baş verən hadisələr Müsavatın parçalanmasına gətirib çıxaracaq. Onsuzda İsa Qəmbərin başqanlığı dövründə də partiyadaxili savaşlar özünü göstərirdi. Bu səbəbdən də, dəyişən heç nə olmayacaq. İstər Arif Hacılı, istərsə də digərləri başqan olsalar belə, Müsavat partiyasında vəziyyət gərgin olaraq qalacaq".İctimaiyyətin bundan sonra da partiyada parçalanmaların, qruplaşamaların pik səviyyəyə çatmasının şahidi olacağını deyən Ə.Orucov bildirib ki, A.Hacılının mətbuata "olmazsa, olmaz" açıqlamsı heç də inandırıcı görünmür: "Onun əməlləri başqanlıq seçiminə yaxınlaşdıqları müddətdə söylədiyi fikirləri alt-üst edir. Sonda onu bildirim ki, Müsavat partiyasının başqanlıq seçimləri ilə bağlı partiya üzvlərinin hər hansı birinin humanistcəsinə dediyi fikirlər bir daha onların ikiüzlülüyündən xəbər verir".

yap.org.az

Digər xəbərlər