PDF Oxu

Müxalifət

  • 29

Tahir Kərimli: “Milli Şura nə etsə də, ictimai fkiri dəyişə bilməyəcək”

Tahir Kərimli: “Milli Şura nə etsə də, ictimai fkiri dəyişə bilməyəcək”

"Milli Şurada həmsədrlik instutunun yaradılması bir növ onların iflasının birinci fazasıdır". Bu fikirləri SİA-ya Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.Onun sözlərinə görə, şuraya Rüstəm İbrahimbəyovun sədrlik etməyə imkanı olmadığı üçün indi də qurum təmsilçiləri bununla özlərini kompensasiya etmək istəyirlər: "Bu instutu yaratmaqla guya biri xarici əlaqələri, digəri isə daxili əlaqələri tənzimləyəcək. Ancaq həmsədrlik institunun tədbiqi Milli Şuranı nəinki möhkəmlədəcək, əksinə zəiflədəcək".Onun sözlərinə görə, həmsədrlik instutunun yaradılması fikri onu göstərir ki, Milli Şuranın daxilində birlik yoxdur: "Müsavat partiyası bir çox məsələləri bəhanə gətirərək şuranı tərk edə bilər. Ancaq Müsavat başqanın hələ qəti bir qərar qəbul etməməsi, ikinci şəxsin fikir söyləməsi başqan üçün bir növ manevr imkanı verir. Müsavat hələ baxsın, lazım olsa, zərurət doğsa bəhanələr gətirərək Milli Şuranı tərk etsin, və ya əksinə! Milli Şura nə yaradırsa yaratsın, özünə nə ad verirsə versin, ictimai fkiri dəyişə bilməyəcək".

sia.az

Digər xəbərlər