PDF Oxu

Müxalifət

  • 40

Rəsul Quliyev növbəti dəfə AXCP və Müsavatı təhqir etdi

Rəsul Quliyev növbəti dəfə AXCP və Müsavatı təhqir etdi

Rəsul Quliyev AXCP və Müsavatla bağlı kəskin və təhqir dolu fikirlərinə ara vermir.

SİA-nın məlumatına görə, o, növbəti dəfə də hər iki partiyanı hədəfə alaraq, onların tez bir zamanda tamamilə dağılacağını söyləyib.

R.Quliyev Müsavatla AXCP rəhbərliyini ikiüzlü və cəsarətsiz adlandırıb.

O, həmçinin qeyd edib ki, seçkidən sonra bu partiyalar daha biabırçı vəziyyətə düşüb.

Adının açıqlanmasını istəməyən Milli Şura üzvünün SİA-ya verdiyi məlumata əsasən, R.Quliyevin bu fikirləri artıq adlarını çəkdiyimiz partiya rəhbərlərinin qəzəbinə tuş gəlib.

Yaxın zamanlarda hər iki partiya rəhbərliyi R.Quliyevə mətbuat vasitəsilə cavab verəcəklərini bildiriblər.

sia.az

Digər xəbərlər