"İsa Qəmbərin səlahiyyətləri 2 il əvvəl bitib. İndi nə başqanlıqdan gedir, nə qurultay keçirir, nə də nizamnamədə dəyişiklik edir".Milli Şuradakı gərgin vəziyyətə, istefalara münasibət bildirən Azərbaycan Sosial-Demokrat Partiyasının sədri Araz Əlizadə bu fikirləri SİA-ya açıqlamasında bildirib.Partiya sədri qeyd edib ki, Milli Şuradakılar arvadlar kimi qeybətlə məşğuldurlar."Mən əvvəl də demişdim ki, onlar nə qədər yalan danışsalar da, yalanları ayaq açıb yeriyə bilməyəcək. Rüstəm İbrahimbəyov əvvəldən ya sifariş yerinə yetirir, ya da onun başına at təpib. Oradakı insanları yaxından tanıyandan sonra R.İbrahimbəyov qırağa çəkildi. Bundan sonra Milli Şuranın yaradılmasının əsas təşəbbüskarlarımdan olan Eldar Namazovun da nüfuzu itdi. AXCP-Müsavat təşəbbüsü əllərinə aldılar. Vəziyyət bundan sonra daha acınacaqlı olacaq" - deyə o əlavə edib.
sia.az