PDF Oxu

Müxalifət

  • 33

Aydın Quliyev: "Yeni Müsavatın" bu addımı anormal haldır"

Aydın Quliyev: "Yeni Müsavatın" bu addımı anormal haldır"

"Yeni Müsavat" qəzetində müsahiblərin fikirlərinin təhrif olunması çox pis və anormal haldır. Belə hallara yol vermək olmaz". Bu fikirləri SİA-ya açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev adıçəkilən qəzetdə "Demokratik ölkələr içində bura cəhənnəmdir" başlıqlı yazıya münasibət bildirərkən söyləyib.Xatırladaq ki, "Yeni Müsavat" qəzetinin müxbiri Elşad Paşasoy sözügedən məqalədə qocaman mətbuat işçisi, professor Şirməmməd Hüseynovun fikirlərini təhrif edib.A.Quliyev həmçinin qeyd edib ki, görkəmli jurnalist Şirməmməd Hüseynovun fikirlərinin bu cür təhrif olunması bu qəzetə başalçaqlığıdır: "Bu qəzetin və orada çalışan jurnalistlərin bu cür addım atması onlara heç nə qazandırmaz. Onlar peşə fəaliyyətlərində məsuliyyətsizliyə yol verirlər".

sia.az

Digər xəbərlər