PDF Oxu

Müxalifət

  • 56

Rasim Musabəyov: Ermənistanın xarici dövlətlərdən asılılığı nə qədər olacaqsa, Dağlıq Qarabağ münaqişəsi həll edilməsi çətin olacaq

Rasim Musabəyov: Ermənistanın xarici dövlətlərdən asılılığı nə qədər olacaqsa, Dağlıq Qarabağ münaqişəsi həll edilməsi çətin olacaq

"Azərbaycan iqtisadiyyatı Cənubi Qafqazın iqtisadiyyatının 80 faizini təşkil edir. Demək olar ki, Cənubi Qafqazın maliyyə imkanlarının 90 faizi Azərbaycanın əlindədir". Bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, hazırda Azərbaycan iqtisadiyyatı Ermənistan və Gürcüstan iqtisadiyyatından 5-6 dəfə böyükdür. Onun sözlərinə görə, ordu quruculuğunda da Azərbaycan çox irəli gedib.

"Ermənistanın xarici dövlətlərdən asılılığı nə qədər olacaqsa, Dağlıq Qarabağ münaqişəsi həll edilməsi çətin olacaq. Bu səbəbdən də həmin ölkə Cənubi Qafqazda həyata keçirilən birgə regional layihələrdən kənarda qalacaq"- deyə, politoloq qeyd edib.

yap.org.az

Digər xəbərlər