"Müsavat partiyası ACP və "El" Hərəkatı ilə müttəfiqlik sazişi barədə hər hansı bir müzakirə aparmağı düşünmür". Bunu SİA-ya açıqlamasında Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı söyləyib.A.Hacılı "El" Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin Müsavatın müttəfiqlik sazişi istiqamətində attığı addımları anlamadığı açıqlamasına da münasibət bildirərkən qeyd etdi ki, o da öz növbəsində "El" rəsmisinin sözügedən münasibətini anlamır və yaxşı olardı ki, E.Quliyevin özü münasibət bildisin: "Yaxşı olardı ki, Eldəniz bəyin özü dediyi fikirlər barədə açıqlama versin".
sia/az