PDF Oxu

Müxalifət

  • 55

Rüstəm İbrahimbəyov amili İctimai Palatada da fikir ayrılığı yaratdı

Rüstəm İbrahimbəyov amili İctimai Palatada da fikir ayrılığı yaratdı

Milli Şuranın fəxri sədrlik postundan bəyanat verərək istefaya gedən Rüstəm İbrahimbəyov Milli Şura ilə yanaşı, İctimai Palatada da ciddi fikir ayrılığına səbəb olub. SİA xəbər verir ki, Milliyyətçi Demokrat Partiyasının (MDP) sədri, İctimai Palatanın Koordinasiya Şurasının və Milli Şuranın üzvü Qələndər Muxtarlı Müsavat Partiyasına işarə edərək, İbrahimbəyovun istefasında bu təşkilatın rolunun olmasını və "hakimiyyətin sifarişlərini" həyata keçirdiyini iddia edib: "Müxalifət adından dolananlar, çox böyük səy göstərib nəhayət ki, hakimiyyətin "Rüstəm İbrahimbəyov Milli Şuradan getməlidir" sifarişini məmnuniyyətlə yerinə yetirdilər".

MDP sədri Rüstəm İbrahimbəyovun Milli Şuranın fəxri sədri vəzifəsindən imtina etməsi və ya istefa verməsini bir çoxlarının maraqlarının uzlaşmaması ilə əlaqələndirib: "Çoxlarının maraqları ilə üst-üstə düşmürdu. Məsələ əslində bu qədər sadədir".

Xatırladaq ki, Rüstəm İbrahimbəyov fəxri sədrlik postundan getməsi ilə bağlı bir neçə gün öncə mətbuat vasitəsilə bəyanat yayıb.

sia.az

Digər xəbərlər