PDF Oxu

Müxalifət

  • 14

Rafiq Manaflı: “Müsavatın tərkibində fikir ayrılıqları yaşanacaq”

Rafiq Manaflı: “Müsavatın tərkibində fikir ayrılıqları yaşanacaq”

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Ali Məclisinin sədri, İctimai Palatanın Koordinasiya Şurasının üzvü Rafiq Manaflı iddia edir ki, əgər bu gün müxalifətdə parçalanma varsa, bu günah Müsavat Partiyasının üzərinə düşür. SİA xəbər verir ki, bu barədə VHP rəsmisi Rafiq Manaflı Müsavat Partiyasının Milli Şuradan ayırlmasına münasibət bilrirərkən deyib.Onun fikrincə, Müsavat Partiyasının bu addımı Milli Şuranın fəaliyyətinə xələl gətirdi: "Fakt ondan ibarətdir ki, Milli Şura Müsavat Partiyasından zərbə aldı".Rafiq Manaflı AXCP-nin mövqeyini müdafiə etməklə yanaşı, Müsavatın arenada tək qalaraq bu addımından zərər çəkəcəyini də iddia edib: "Milli Şuradan getməyi ilə Müsavat Partiyası da ciddi zərbə alacaq. Bu, zamanında baş verəcək".VHP təmsilçisi hesab edir ki, Müsavatın Milli Şurada təmsil olunmaq istəyində olan çoxlu tərəfdarı var və həmin tərəfdarlar partiyadan istefa verərək fəaliyyətlərini Milli Şura tərkibində davam etdirəcəklər: "Müsavat Partiyasının daxilində də kifayət qədər Milli Şura tərəfdarı var və bu da partiya daxilində fikir ayrılıqlarının yaranmasına səbəb olacaq".

sia.az

Digər xəbərlər