Mirmahmud Mirəlioğlu: "KXCP-nin Milli Şuradan çıxması məsələsini müzakirə edəcəyik"
"Milli Şurada baş verən hadisələr ətrafında KXCP olaraq mütəmadi danışıqlarımız olur. Müsavat Partiyasının Milli Şuradan çıxması məsələsinə də KXCP olaraq müzakirələr aparıb rəsmi şəkildə münasibətimizi ifadə edəcəyik". Bu fikirləri SİA-ya açıqlamasında KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib.KXCP-nin Milli Şuradan çıxması məsələsini istisna etməyən partiya sədri onu da bildirib ki, biz mövcud durumu dəyərləndiririk: "KXCP-nin Milli Şuradan çıxması məsələsini partiya olaraq özümüz müzakirə edəcəyik. Eyni zamanda, bu barədə Milli Şuranın özünün sessiyasında müzakirələr olacaq. Bu müzakirələrdən sonra həm KXCP-nin Milli Şuradan çıxmasına, həm də Müsavatın bu qurumu tərk etməsinə münasibət açıqlayacağıq".
sia.az