PDF Oxu

Müxalifət

  • 20

Təhmasib Novruzov: “İsa Qəmbərin heç zaman biryönlü siyasi xətti olmayıb”

Təhmasib Novruzov: “İsa Qəmbərin heç zaman biryönlü siyasi xətti olmayıb”

"Müsavat partiyasının "Milli Şura"dan ayrılması gözlənilən hal idi. Çünki Müsavat başqanı İsa Qəmbərin heç zaman biryönlü siyasi xətti olmayıb". Bu fikirləri SİA-ya Azadlıq Hərəkatçılar Birliyinin sədri Təhmasib Novruzov "Milli Şura" daxilində baş verən parçalanmalara münasibət bildirərkən deyib.T.Novruzov bildirib ki, "Milli Şura"da parçalanmalara səbəb bu qurumdan gözlədikləri nəticəyə nail ola bilməyəcəklərinə əmin olmalarıdır: " "Milli Şura"da baş verən parçalanmalar bu qurumun yox olduğunu göstərir. "Milli Şura"nın taleyinin belə olacağı əvvəlcədən bəlli idi. Çünki yaranan hər bir siyasi təşkilat xalqın sosial sifarişi ilə yaranmalıdır. Sosial sifarişlə yaranmayan hər hansı bir qurum dönüş gətirə bilməz. Azərbaycana ikinci dəfə qayıdışından sonra Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Azərbaycan xalqına xidmət edir və xalq tərəfindən dəstəklənir. Çünki bu siyasətin formalaşdırılması xalqın istəyi idi və bu istək Ulu Öndər Heydər Əliyevdə özünü tapdı. Bu gün Azərbaycan xalqı müxalifətin timsalında ikinci bir siyasi kurs istəmir. Çünki xalq Azərbaycanın sürətli inkişafının şahididir. Ona görə də xalqımız heç vaxt bu inkişafın əleyhinə olan qüvvəyə etimad göstərə bilməz".T. Novruzov vurğulayıb ki, bu gün Azərbaycan müxalifəti 1918-ci ildə yaranan Milli Şuranın adını əxz edərək, tarixdə ciddi rola malik olan bu qurumun adını hörmətdən salmaqla məşğuldurlar: "Azərbaycanda güclü, konstruktiv müxalifətin olmasına hər bir kəs, o cümlədən hazırki iqtidar razıdır. Çünki güclü müxalifət ölkənin daha güclü inkişafına təkan verir. Xarici ölkələrdə iqtidar ölkənin daha sürətli inkişafı üçün addımlar atanda, müxalifət buna dəstək verir. Təəssüflər olsun ki, Azərbaycanda belə bir müxalifət mövcud deyil. Azərbaycan müxalifəti konstruktiv mövqe sərgiləmir və ölkənin inkişafı üçün məsələ qaldırmır".T.Novruzov qeyd edib ki, müxalifət yaratdığı "birliklərə" müxtəlif adlar qoysa da, heç nəyə nail ola bilməyəcək.

sia.az

Digər xəbərlər