PDF Oxu

Müxalifət

  • 26

Müsavat və AXCP bir-birilərinə əzələ nümayiş etdirir

Müsavat və AXCP bir-birilərinə əzələ nümayiş etdirir

Tahir Kərimli: "Bundan sonra Müsavat və AXCP sosial şəbəkələr vasitəsilə bir-birilərini daha çox gözdən salmağa çalışacaqlar"

Yenicə yaranan "Milli Şura" deyilən qurumdan başlayan istefalar artıq kütləvi qopmalarla müşayət olunmaqdadır. Müsavatın istefasından sonra demək olar ki, "Milli Şura" parçalanma dövrünü başa vurub, məhvolma mərhələsinə adlayır. Bəziləri Müsavatın "Milli Şura"dan istefasını AXCP-Müsavat arasında yaranan qarşıdurmanın acı nəticəsi kimi dəyərləndirirlər. Vəhdət partiyasının sədri Tahir Kərimli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, hər zaman AXCP ilə Müsavat partiyaları mehriban düşmən olublar: "Yəni "Milli Şura"dan Müsavatın istefa verilməsi baş verməli idi. Çünki AXCP və Müsavat partiyaları üzdə nə qədər səmimi olsalar da, daxildə bir o qədər də düşməndirlər. Bir sözlə, Müsavat partiyası "Milli Şura"da AXCP-nin təsirinin daha böyük olduğunu görərək qısqandı və bu qurumu tərk etmək qərarına gəldi".

"Bundan sonra Müsavat daha çox AXCP-yə əzələ nümayiş etdirmək üçün dağılmış vəziyyətdə olan "İctimai Palata"nı bərpa etməyə çalışacaq" sualını cavablandıran partiya sədrinin sözlərinə görə, Müsavata "İctimai Palata"da yaxın olan qüvvələr var: "Milli Şura"da Müsavata yaxın olan yox idi. Bir sözlə, Müsavat partiyası "İctimai Palata" vasitəsilə özünün ətrafında olan qüvvələri birləşdirməyə çalışacaqdır. Şübəsiz ki, AXCP-də "Milli Şura"da olan tərəfdarları ilə özünü əsil müxalifət elan etmək uğurunda mübarizə aparıb birləşəcəkdir. Belə olan halda da, Müsavat və AXCP bir-birilərinə əzələ nümayiş etdirəcəklər. Bu da, əsasən, sosial şəbəkələr vasitəsilə özünü bürüzə verəcəkdir. Bundan sonra Müsavat və AXCP sosial şəbəkələr vasitəsi ilə bir-birlərini daha çox gözdən salmağa çalışacaqlar".

"Müxalifət daxilində yaranan bu cür qarşıdurmalar və çəkişmələr nəticə etibarı ilə müxalifətin dəyərsiz olduğunu sübutu sayıla bilərmi" sualına cavablandıran T.Kərmli onu da bildirdi ki, zamanında müxalifətçiliyin bünövrəsi yalan üzərində qurulmuşdur: "Bunun da əsas səbəbkarları məhz müxalifət partyalarına rəhbərlik edən liderlərdir. Çünki müxalifət liderlərinin şəxsi ambisiyalarının olması müxalifəti bu cür cılız bir vəziyyətə salıb. Təbii ki, bu da özünü açıq şəkildə bürüzə verir. Demək olar ki, müxalifət elə acınacaqlı bir duruma düşüb ki, hətta iqtidarın belə müxalifətə yazığı gəlir".

GÜLYANƏ

Digər xəbərlər