"Müsavat partiyası reallığı dərk etmir. Onları ittiham etməmişik, reallığı demişik. Bunu başqa səmtə yozmaq lazım deyil". Bu fikirləri SİA-ya açıqlamasında AXCP-nin sədr müavini Həsən Kərimov Müsavat partiyasının ittihamlara birətərəfli qaydada moratorium qoyulması haqqında bəyanatına münasibət bildirərkən söyləyib.Həsən Kərimov, həmçinin qeyd edib ki, Müsavat partiyası geri çəkilib: "Belə düşünürəm ki, Müsavat partiyası bu reallıqların qarşısında geri çəkilib".
sia.az