AXCP sədrinin müavini Fuad Qəhrəmanlı yenidən Müsavat Partiyasını ittiham edən bəyanatla çıxış edib. SİA-nın məlumatına görə, bu dəfə qarşı tərəfin AXCP-nin ittihamlarına cavab verməmək moratoriumu qərarını pisləyən F.Qəhrəmanlı bildirib ki, Müsavat Partiyası qeyri-səmimilik nümayiş etdirir: "Növbəti qeyri səmimilikdir. Çünki insanlar Müsavat Partiyasından soruşurlar ki, durub durukən, heç bir əsas olmadan niyə Milli Şuranı tərk etdin, Cəmil Həsənlini meydanda buraxıb çəkildin? Bu suallara cavab verməyə arqument tapa bilmədikləri üçün deyirlər ki, biz bir tərəfli qaydada susuruq. Nə zamandan polemikada iştirak etmək qəbahət sayılıb".
AXCP sədrinin müavini Müsavat rəhbərliyini konstruktivlikdə də ittiham edərək bunu qarşı tərəfin 2015-ci ildə parlamentdə təmsil olunmaları üçün etdiklərini deyib: "Demək 2015 seçkilərində mandat almaq üçün Əli Kərimlinin, Cəmil Həsənlinin olduğu qurumu tərk etmək, "konstruktiv" olmaq gərəkdir".
sia.az