PDF Oxu

Müxalifət

  • 16

Mais Gülalıyev: “İsa Qəmbərdən bəhanə kimi istifadə edirlər”

Mais Gülalıyev: “İsa Qəmbərdən bəhanə kimi istifadə edirlər”

Müsavat Partiyasının Milli Şuranı tək etməsindən sonra düşərgə daxilində bu hadisəyə birmənalı münasibətlər bildirilmir. SİA-nın məlumatına görə, Yaşıllar Partiyasının sədri Mayis Gülalıyev məsələ ətrafında fikirlərini bölüşərkən ilginc məqama toxunub.

Onun bildirdiyinə görə, Milli Şuranın böhranlı vəziyyətə düşməsində Müsavat başqanı İsa Qəmbərin günahı yoxdur: "Özünü siyasətçi və ya ziyalı hesab edən heç kəs Milli Şuranın zəifləməsində, hətta dağılmasında İsa Qəmbəri günahlandırmamalıdır. Əsl səbəbi Milli Şuranın hədəflərinin aydın olmaması, onun strategiyasinin və fəaliyyət proqramının olmamasında axtarmaq lazımdır. Milli Şuranın həqiqi təşkilat olması üçün heç bir səy göstərməyənlər İsa Qəmbərdən bəhanə kimi istifadə edirlər. Madam ki, İsa Qəmbər belə siyasətçidir, onda niyə onun Milli Şuradan getməsinə sevinmirsiz, əksinə narahat olursuz".

sia.az

Digər xəbərlər