"Eldəniz Quliyev gündəmdə qalmaq üçün min oyundan çıxır. Hər boş sözü danışır. Belə güman edirəm ki, heç özüdə nə danışdığını bilmir". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının divan üzvü Tural Abbaslı "El" Hərəkatı Ali Məclisinin sədri Eldəniz Quliyevin "Ya Müsavat Partiyası haqqında keçmiş zamanda danışacağıq, ya da bu partiya hakimiyyətyönlü olacaq" fikrinə münasibət bildirərkən söyləyib.Tural Abbaslı, həmçinin onu da qeyd edib ki, Müsavat partiyası Eldəniz Quliyevin və onun kimilərin fikirlərini önəmli hesab etmir: "Həm Müsavat partiyası və həm də şəxsən mən özüm Eldəniz Quliyevin heç bir fikrini, düşüncəsini qəbul etmirik, əhəmiyyətli saymırıq".
sia.az