"Hamımız şahidi oluruq ki, Milli Şura necə pis vəziyyətdə və bədbəxt durumdadır". Bu fikirləri SİA-ya açıqlamasında Ədalət partiyasının aparat rəhbəri Mütəllim Rəhimli Milli Şurada davam edən istefalara münasibət bildirərkən söyləyib.Mütəllim Rəhimli, həmçinin onu da qeyd edib ki, Milli Şura yarananda ondan müsbət mənada gözləntiləri olanlar indi yanıldıqlarını anlayırlar: "Bu qurum yarananda ondan müsbət gözləntiləri olanlar indi iki əllərini başlarına döyür və necə də yanıldıqlarını anlayırlar".
sia.az