PDF Oxu

Müxalifət

  • 19

Rusiya Dumasanın deputatı: “Bəs Avrommeydanı kim təşkil edib?”

Rusiya Dumasanın deputatı: “Bəs Avrommeydanı kim təşkil edib?”

Avropa İttifaqı və Rusiya arasında yaranan narazıçılıq görəsən nə ilə nəticələnəcək? Nəzərə alsaq ki, Aİ və RF arasında ən qabarıq qalmaqal Ukrayna məsələsi idi. Bununla bağlı SİA-ya eksklüziv açıqlama verən Rusiya Dumasının deputatı Nikolay Sokol öz fikirlərini bölüşüb: "Bu məsələni daha dəqiq dərk etmək üçün Ukraynadakı Vladimir Kliçko və onun partiyasına nəzər yetirmək kifayətdir. Baxın, Kliçko harada yaşayır və yaxud onu kim maliyələşdirir? O öz döyüşlərini harada keçirirdi? Əlbəttə ki, Almaniyada". Onun sözlərinə görə, Almaniya Avropa İttifaqının ən güclü donor dövlətlərindən biridir: "Bəs, Avrommeydanı kim təşkil edib? Əlbəttəki, "UDAR" Partiyasını təmsil edən Vladimir Kliçko və həmin partiyanı maliyyələşdirən müəyyən olunmuş şəxslər. Əslində orada kiçik bir nüans var. Qaz təchizatı ilə bağlı razılaşmaya gəlmək. Əgər Avropa İttifaqı bütün cərimələri ödəyərsə, böyük ehtimalla Ukrayna seçimini Avropa İttifaqından yana edəcək. Qeyd edim ki, ödənilməsi gərəkən cərimə isə heç də kiçik məbləğ deyil. Rusiya isə Ukraynanın Avropa İttifaqının ölkəsi kimi deyil, Ukraynanın məhz Ukrayna kimi qalması üçün əlindən gələni əsirgəməyəcək".

sia.az

Digər xəbərlər