"Arif Hacılı mənim fikirlərimi yalan adlandırmaqla böyük səhvə yol verib. O, özü yalan danışır". Bu fikirləri SİA-ya açıqlamasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Müsavat başqanının müavini Arif Hacılının "Fuad Qəhrəmanlı 4 cümlədə 5 yalan danışıb" fikrinə münasibət bildirərkən söyləyib.Fuad Qəhrəmanlı, həmçinin bildirib ki, AXCP Müsavata dediyi hər sözün həqiqət olduğunu sübut etməyə hazırdır: "Biz Müsavat partiyası haqqında reallığı əks etdirən fikirlər söyləmişik".
sia.az