Rüstəm İbrahimbəyovun yenidən Milli Şuranın fəxri sədri seçilməsi təklifi qurum daxilində növbəti böhrana səbəb olmaqdadır. SİA-nın məlumatına görə, Vətəndaş Hərəkatı Partiyası (VHP) Ali Məcisinin sədri Rafiq Manaflı "El" Hərəkatının rəsmisi Eldəniz Quliyevin sözügedən təklifinə qarşı çıxıb.
VHP rəsmisi bu təkilfi Milli Şuranın sədri Cəmil Həsənlinin aşağılanması kimi qiymətləndirib: "Eldəniz Quliyevin Rüstəm İbrahimbəyovu bu cür təqdim etməsi Cəmil Həsənlinin qüruruna toxunacaq. Cəmil bəyi aşağılamaq olmaz".
Müxalifətin ümumi probleminə də toxunan Rafiq Manaflı bildirib ki, bu gün düşərgədə kim qabağa çıxırsa, dərhal vurulur: "Biz irəli çıxanları vurmağa öyrəşmişik. Bu, müxalifət olaraq, hamımızın problemidir. Rüstəm İbrahimbəyov lider olacaqsa, bəs Cəmil Həsənli necə olacaq?! Məsələni hərtərəfli düşünmək lazımdır…".
VHP rəsmisi məsələnin sessiyada səsverməyə qoyulacağı təqdirdə bu təklifi dəstəkləməyəcəyini deyib: "Bu məsələ sessiyada səsverməyə çıxarılsa, əleyhinə səs verəcəm."
sia,az