PDF Oxu

Müxalifət

  • 21

Eldəniz Quliyev: "İstefalar olacaq"

Eldəniz Quliyev: "İstefalar olacaq"

"Eldar Namazovun fikirləri öncə "El"də müzakirə olunur və sonra mətbuat üçün açıqlama verilir. Mən də Eldar bəyin Milli Şurada partiyalar üçün kvotaların azaldılması və Koordinasiya Şurasının yaradılmasından imtina təklifi ilə razılaşmışam". Bu fikirləri SİA-ya açıqlamasında "El" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev söyləyib.

"El" rəsmisi sözügedən məsələyə münasibət bildirərkən, onların təkliflərinə mənfi cavabın veriləcəyi təqdirdə atacaqları addımlar haqqında da fikir bildirib və istefaları istisna etməyib: "Bu təkliflər Milli Şura tərəfindən qəbul olunmasa da biz kütləvi şəkildə deyil, fərdi şəkildə istəklərə uyğun olaraq bu qurumu tərk edə bilərik".

Xatırladaq ki, "El" hərəkatı ilə yanaşı Milli Şurada təmsil olunan KXCP də qurumun sabaha planlaşdırılan sessiyasında istefa hallarını istisna etməyib.

sia.az

Digər xəbərlər