PDF Oxu

Müxalifət

  • 26

KXCP-nin təklifi keçməyəcək

KXCP-nin təklifi keçməyəcək

Fuad Qəhrəmanlı: "Milli Şuranın adı dəyişdirilə bilməz"

Milli Şuranın keçiriləcək növbəti sessiyasında qalmaqalların baş verməsi istisna olunmur. SİA-nın məlumatına görə, KXCP rəhbərliyi mətbuata verdikləri açıqlamalarında sessiyada təkliflər irəli sürəcəklərini bəyan ediblər. Belə ki, KXCP sədri Mirmahmud Mirəlioğlu Milli Şuranın adının dəyişdirilməsini təklif etmək fikrindədir. Təkliflərin qəbul edilməyəcəyi təqdirdə isə siyasi qurumun Milli Şuradan ayrılacağı gözlənilir.

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə bildirib ki, Mirmahmud Mirəlioğlunun təklifləri bütün hallarda müzakirə olunası təklif olsa da Milli Şuranın adının dəyişdirilməsinə lüzum görmür: "İndiki halda Milli Şuranın adının dəyişdirilməsi ilə bağlı məsələyə güman etmirəm ki, əksəriyyət tərəfindən hə deyilsin".

Xatırladaq ki, "El" Hərəkatının sədri Eldar Namazov da qurumda təmsil olunan partiyaların kvotalarının azaldılmasını və koordinasiya şurasının yaradılmamasını təklif edəcəyini bildirsə də onun təklifi Şurada birmənalı qarşılanmır.

sia.az

Digər xəbərlər