PDF Oxu

Müxalifət

  • 19

İqbal Ağazadə: “İllərdir üstünü örtdükləri məsələlər bu gün açıqlanır”

İqbal Ağazadə: “İllərdir üstünü örtdükləri məsələlər bu gün açıqlanır”

Ümid Partiyasının sədri İqbal Ağazadə Müsavat Partiyasının ötən ilin yayında Milli Şuraya üzv olmasını yanlış addım hesab edir. SİA-nın məlumatına görə, partiya sədri bununla bağlı münasibətini açıqlayarkən bildirib ki, hələ həmin dövrlərdə Müsavat Partiyası müəyyən tələblərlə, təşəbbüslərlə çıxış edəndə belə qənaətə gəldib: "Amma o dövrdə Müsavat ölçdü-biçdi ki, xeyri nə olacaq, ziyanı nə olacaq, kənarda qalsalar dağıdıcılıq missiyasını boyunlarına necə yükləyəcəklər və sair. Belə iddialar prosesin başlanğıcında var idi ki, Müsavat qoymur, qırmızı xətlər çəkir, Avrointeqrasiya ilə bağlı şərtlər qoyur, birliyə mane olur və sair. Müsavat bunların hamısından qurtulmaq üçün bir yanlışlığa imza atdı, Milli Şuraya getdi ki, ittihamlardan xilas olsun. Daha sonra nə baş verdi? Üç aydan sonra prosesin doğrudan da xeyir vermədiyini görüb o cameəni tərk elədi".

İqbal Ağazadə Milli Şura yaradılarkən, alternativ qurumun yaradılması təklifi ilə çıxış etdiyini də xatırladıb: "Biz əvvəlcədən alternativ variant kimi təklif etdik ki, Müsavat, AXCP, ADP, Ümid, KXCP və digər partiyaların da qoşulacağı bir proses olmalıdır."

AXCP-Müsavat intriqasına da münasibət bildirən Ümid sədri qeyd edib ki, əslində, iki partiya arasındakı savaş faydalıdır: "Faydalı odur ki, illərdir üstünü örtdükləri məsələlər bu gün açıqlanır. Yəni adamlar haqda açıq danışılır."

sia.az

Digər xəbərlər