PDF Oxu

Müxalifət

  • 23

Eldəniz Quliyev: “Milli Şuradan fərdi qaydada istefalar olacaq”

Eldəniz Quliyev: “Milli Şuradan fərdi qaydada istefalar olacaq”

"Köçəri Nağıbəyli və Rahim Bağırovun Milli Şuradan istefası xəbərini dünən gecə saatlarında öyrənmişəm. Bununla bağlı onların özləri ilə söhbət edəcəyəm. Hələlik onların bu qərarlarına qarşı hansısa fikir bildirməkdə çətinlik çəkirəm". Bu fikirləri SİA-ya açıqlamasında "El" hərəkatının Ali Məclis sədri Eldəniz Quliyev söyləyib.Milli Şurada Koordinasiya Şurasının yaradılmasına münasibət bildirən Hərəkatın Ali Məclis sədri həmçinin onu da qeyd edib ki, Milli Şuradan istefaların davam edəcəyi istisna olunmasa da, onun özü hələ ki, bu barədə düşünmür: "Milli Şurada Koordinasiya Şurasının yaradılmasından sonra "El" hərəkatı üzvlərinin buranı tərk etmələri, istefa vermələri gözlənilir. Lakin şəxsən mənim özümün istefam məsələsi hələ ki, gündəmdə deyil".

sia.az

Digər xəbərlər