Elçin Mirzəbəyli: "Azərbaycan siyasətində bir-birini bu qədər ağır ittiham edən başqa hər hansı bir düşərgə yoxdur"
"Faktiki olaraq Milli Şura adlandırılan bir qurum mövcud deyil. Bu baxımdan, Milli Şuradan istefalar gözlənilən idi. Bəzi siyasi partiyaların bu iflasa uğramış qurumdan yaxa qurtarmaq üçün manevrlər edəcəkləri də öncədən proqnozlaşdırılırdı". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib.Onun sözlərinə görə, bəzi xarici dövlətlərin maraqlarına xidmət edən şəxslər əslində həmin gündən etibarən Azərbaycan siyasətində mövcudluqnan bağlı mənəvi haqlarını bütövlükdə itiriblər: "Hazırda sözügedən qurumda ölkənin maraqlarının yenidən bərpa olunacağını gözləyən Əli Kərimli və onun ətrafında olan bir neçə insan qalıb".Radikal müxalifətin hazırkı vəziyyətdən çıxış yolunun olub olmamasına da fikir bildirən partiya rəsmisi onu da qeyd edib ki, onların hazırkı vəziyyətdən çıxış yolu ancaq bütövlükə siyasətdən getmələri olar: "İllərdir çeşidli adlar altında təşkilat yaradaraq bir araya gəlməyə çalışıblar. Nəticə etibarı ilə hər birləşmənin sonunda qarşılıqlı ittihamlar ən yüksək həddə gəlib çatıb. Ən ağır ittihamlar, ən ağır təhqirlər bir-birlərinə tərəf səsləndirilir. Azərbaycan siyasətində bir-birini bu qədər ağır ittiham edən başqa hər hansı bir düşərgə yoxdur. Belə olan halda bu insanların nə bir yerdə mövcudluğu, nə də ki, Azərbaycan siyasətində hər hansı bir uğur qazanmala ümidləri, yaxud iddiaları absurd fikirlərdir".
sia.az