PDF Oxu

Müxalifət

  • 25

"Milli Şura"dakılar aralarındakı ziddiyyətləri məhkəmələrdə həll edəcəklər

"Milli Şura"dakılar aralarındakı ziddiyyətləri məhkəmələrdə həll edəcəklər

Mais Səfərli: "Milli Şura" daxilində baş verən hadisələr həmin qurumu daha da acınacaqlı və çıxılmaz vəziyyətə salıb"

Son vaxtlar "Milli Şura" deyilən qurum daxilində qarşıdurmaların və qarşılıqlı ittihamların daha gərgin xarakter aldığı müşahidə olunur. Bu isə onu deməyə əsas verir ki, bu qurumun perspektivi yoxdur. Daha doğrusu, "Milli Şura" deyilən qurumun yaxın günlərdə dağılması qaçılmazdır. Bu fikri möhkəmləndirən əsas amillərdən biri də "Milli Şura" üzvülərinin bir-birini məhkəmə yolu ilə sıradan çıxarmağa səy göstərməsi də möhkəmləndirir. Artıq bəlli olduğu kimi, "Milli Şura" üzvü Mehdibəy Səfərov Hacıbaba Əzimovu məhkəməyə verəcəyini bəyan edib. Eldəniz Quliyevin də Nurəddin Məmmədlini məhkəməyə verməyə hazırlaşdığı qeyd olunur. "Yurddaş" partiyasının sədri Mais Səfərli "Səs" qəzetinə açıqlamasında bildirdi ki, son vaxtlar "Milli Şura" daxilində baş verən hadisələr həmin qurumu daha da acınacaqlı və çıxılmaz vəziyyətə salıb: "Demək olar ki, "Milli Şura" üzvləri həmin qurumu tamamilə tərk edirlər. Bu da "Milli Şura"nın gələcəyinin olmadığından xəbər verir. Ümumiyyətlə, müxalifət daxilində olan bu cür dava-dalaş zəif müxalifətin daha da zəifləməsinə gətirib çıxarır. Müxalifətçilərin bu cür anormal əməllərə əl atması müxalifətdə siyasi mədəniyyətin olmamasından xəbər verir. Ümumiyyətlə, müxalifət düşərgəsində olan bu təşkilatlar cəmiyyət tərəfindən dəstəklənməyən elektoratı kifayət qədər zəif olan təşkilatlardır. Bunun da səbəbi müxalifət partiya rəhbərlərinin bu günə qədər ölkədə keçirilən bütün seçkiləri uzuda-uduza gələrək, hələ də bu siyasi arenadan çıxıb getməməsi ilə bağlıdır. Yəni bu günə qədər müxalifət partiyalarına rəhbərlik edən şəxslərin yalnış siyasət yeritməsinin nəticəsidir ki, müxalifəti bu cür çıxılmaz vəziyyətə qoyub".

"Milli Şura"da vəziyyətin qızışdırılmasında Müsavat başqanı İsa Qəmbərin, xüsusilə də, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlunun rolunun olduğunu demək olarmı" sualını cavablandıran "Yurddaş" sədri onu da bildirdi ki, "Milli Şura"dan çıxmaqda həmin şəxslərin özlərinin müəyyən məqsədləri var idi: "Dağılmaqda olan qurumu kiminsə dağıtdığını iddia edtmək düzgün deyil. "Milli Şura" ömrünü başa vurub. Yaxın günlərdə "Milli Şura"dakılar qurumun fəaliyyətini dayandırdığını elan edəcəyini gözləyirlər".

GÜLYANƏ

Digər xəbərlər