"Müsavat Partiyasının AXCP ilə barışması yalnız bundan sonra AXCP-nin atacağı addımlara bağlı olacaq. Mən bu barədə danışmağa çətinlik çəkirəm. Çünki hələ bilmirəm ki, onların bundan sonra Müsavata qarşı hansı addımları olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli söyləyib.Başqan müşaviri həmçinin Fuad Qəhrəmanlının "Moratorium məsələsi sadəcə, ictimai rəyin fikrini yanlış tərəfə istiqamətləndirmək olub" fikrinə də münasibət bildirərək qeyd edib ki, bu kimi iddialar Müsavata qarşı növbəti böhtandır: "Bu növbəti böhtandır, yalandır. Müsavatın moratorium qərarının olmadığı və ya pozulduğu barədə iddialar AXCP-nin hücumlarının növbəti tərkib hissəsidir".
sia.az