PDF Oxu

Müxalifət

  • 31

AXCP üzvü “Yeni Müsavat”a od püksürdü

AXCP üzvü “Yeni Müsavat”a od püksürdü

Kamil Vəli Nərimanoğlu: "Bizim hörmətli adamlara qarşı bir az ehtiyatlı davransınlar"

AXCP və Milli Şuranın üzvü Kamil Vəli Nərimanoğlu radikal müxalifətdə baş verən gərgin vəziyyətə münasibətini açıqlayarkən, xüsusilə Müsavat Partiyasına qarşı bir sıra ittihamlarla çıxış edib. SİA-nın məlumatına görə, cəbhə funksioneri AXCP və Müsavat partiyalarının qarşılıqlı ittihamlarını, təhqirlərini bir-birini abırdan salmaq kimi qiymətləndirib: "Ona görə də bu söz atışmaları, iddialar, bir-birinə qarşı amansızlığı yaxşı qarşılamıram, çox böyük təəssüf edirəm".

Buna baxmayaraq Cəbhə təmsilçisi "Yeni Müsavat" qəzetinə və mətbu orqanın baş redkatoru Rauf Arifoğluya ultimativ göndərməyi də unutmayıb: "Mən "Yeni Müsavat" qəzetindən, qəzetin bir yazarı kimi sizdən, Rauf bəydən xahiş edirəm ki, bizim hörmətli adamlara qarşı bir az ehtiyatlı davransınlar".

Kamil Vəli Nərimanoğlu"Azadlıq" və "Yeni Müsavat" qəzetləri arasında gedən davamlı söz atışmalarına da münasibətini açıqlayarkən qeyd edib ki, bu qəzetlər artıq öz məram-məqsədlərini itiriblər və bu, həm AXCP, həm də Müsavat Partiyası üçün ziyanlı nəticələr verəcək: "Eyni şeyi Cəbhəyə də aid edirəm. Dava zamanı söz öz məntiqini itirir, çünki dava emosiya, hisslərin tüğyanı deməkdir. Bu məsələlərə son qoyulmasa Cəbhə üçün də, Müsavat üçün də ziyanlı nəticələr verəcək. Bu, böhranın əlamətidir, bunu aradan qaldırmaq lazımdır. Bu, pis böhrandır, xoşagələn deyil".

sia.az

Digər xəbərlər