PDF Oxu

Müxalifət

  • 34

“Azadlıq” və “Yeni Müsavat” qəzetləri qarşılıqlı monitorinqlərə başlayıblar

“Azadlıq” və “Yeni Müsavat” qəzetləri qarşılıqlı monitorinqlərə başlayıblar

AXCP sədrinin birbaşa idarəçiliyində olan "Azadlıq" qəzeti ötən bir həftə ərzində Müsavat Partiyasının ruporu rolunu oynayan "Yeni Müsavat" qəzetinin Milli Şura, eləcə də AXCP rəhbərliyinə qarşı yazı və məqalələrinin monitorinqini aparıb. SİA-nın məlumatına görə, "Yeni Müsavat" qəzeti də öz növbəsində "Azadlıq"ın Müsavat Partiyası rəhbərliyinə qarşı yazdığı yazıların sayını açıqlayıb: "Azadlıq" qəzeti "Yeni Müsavat"ın monitorinqini apararaq material hazırlayıb və iddia edib ki, guya son on gün ərzində qəzetimizin səhifələrində AXCP-yə qarşı 72 məqalə dərc olunub. Bunun xeyli şişirtmə olduğunu qeyd etməklə yanaşı, bildirək ki, "Azadlıq" qəzetinin bir günlük monitorinqi daha eybəcər mənzərəni üzə çıxarır".

"Yeni Müsavat" "Azadlıq"ın bugünkü, 22 yanvar tarixli sayında 6 bu cür məqalənin yerləşdirildiyini yazaraq qeyd edib ki, həmin yazıların ikisinin başlığı 1-ci səhifəyə çıxarılıb: "Bu məqalələrin hamısında Müsavat Partiyasına, "Yeni Müsavat" qəzetinə hücum, qarayaxma, birtərəfli pisləmə var".

Qəzet qarşı tərəfə ironik sual da ünvanlayıb: "…Bir də son günlər AXCP funksionerləri tez-tez "biz daha onlara fikir verməyəcəyik, bizim üçün onlar iqtidar qəzetlərindən fərqi yoxdur" deyə açıqlamalar verir, ancaq elə həmin gün nələrəsə fikir və cavab verir, əks-hücuma keçirlər. Anadolu türkləri demişkən, bu, nə pəhriz, bu nə turşu?".

Xatırladaq ki, Müsavat Partiyası Milli Şuradan ayrıldıqdan sonra bu partiya ilə AXCP arasında kəskin münaqişələr davam etməkdədir. Eyni zamanda partiyalara məxsus qəzet və informasiya saytları da münaqişəyə cəlb olunublar.

sia.az

Digər xəbərlər