PDF Oxu

Müxalifət

  • 23

Əvəz Temirxan: “Müavat Partiyası öz maraqlarını düşünən partiyadır”

Əvəz Temirxan: “Müavat Partiyası öz maraqlarını düşünən partiyadır”

"Müsavat partiyasının rəhbərliyinin mənim haqqımda və ya ALP haqqında nəsə söyləməsi, fikir bildirməsi önəmli deyil. Mən bu partiyanın rəhbərliyinə hörmətlə yanaşmıram və onları ciddi qəbul etmirəm". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Liberal Partiyasının (ALP) sədri Əvəz Temirxan Müsavat başqanının müavini Gülağa Aslanlının "Əvəz Temirxanı real müxalifət qüvvəsi hesab etmirəm" fikrinə münasibət bildirərkən söyləyib.Əvəz Temirxan, həmçinin, qeyd edib ki, Müavat Partiyası öz maraqlarını düşünən partiyadır: "Bu partiya xalqın maraqlarını düşünərək addım atmır və yalnız öz maraqlarını düşünür".Onu da qeyd edək ki, Müsavat başqanının müavini Gülağa Aslanlı ALP-nin fəxri lideri Lalə Şövkəti də qeyri-müəyyənlikdə ittiham edib.

sia.az

Digər xəbərlər