"Azərbaycanda Ukraynadakı hadisələr baş verə bilməz. Bunun üçün ölkəmizdə heç bir əsas yoxdur. Rəsul Quliyevin burada olan gözəl şəraitdən xəbəri yoxdur. Ona görə də, anlamadığı, bilmədiyi fikirlər söyləyir. Onun fikirləri tamamilə yalnışdır". Bunu SİA-ya açıqlamasında Yurddaş Partiyasının sədri Mais Səfərli Rəsul Quliyevin "Ukrayna hadisələri Azərbaycanda da təkrarlanacaq" fikrinə münasibət bildirərkən söyləyib.
Partiya sədri, həmçinin, qeyd edib ki, Azərbaycanda hər bir sahədə uğurlar əldə olunur: "Dövlət mövcud olan problemləri həll edir, insanlar rahat yaşayır və hər şey öz qaydasındadır. Azərbaycan xalqı Prezident İlham Əliyevi dəstəkləyir".
sia.az