AXCP sədri Əli Kərimli haqqında şok doğuracaq iddia ortaya qoyulub. SİA-nın məlumatına görə, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının ictimai və siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı facebook səhifəsindəki statusunda yazıb. "Jurnalist Eldəniz Elgün də Əli Kərimli haqqında kaset var" - deyə qeyd olunan yazıda bildirilir ki, kasetdə Əli Kərimlinin səsi yazılıb və Elçibəyin əleyhinə yazıların verilməsinin göstərişini edirmiş:" 1999-cu ilin yayında jurnalist Eldəniz Elgün "P.S." qəzetini çap edirdi. Bu qəzet çoxlarının yadına gələr. Deyəsən, yay ayı idi. Eldəniz qəzetdə Əli Kərimlnin səs yazsısının stenoqramını çap etmişdi. Əli Kərimli jurnalistə Elçibəyin əleyinə yazılan yazılar haqqında göstəriş verirdi. Kimin şübhəsi varsa, həmin qəzetin "podşıvkasını" tapıb baxa bilər. Eldəniz Elgündən də soruşa bilərlər"."İndi mən nə edim ki, bütün bunlar faktdır" deyə yazan BAXCP rəsmisi onu da qeyd edib ki, Əli Kərimli bütün imaknları ilə Əbülfəz Elçibəyin əleyhinə olub və bu bir tarixdir: "Bu gün Əli Kərimli Əbülfəz Elçibəyə etdiklərinin bədəlini alır. Həmin illər də mən də AXCP Gənclər Komitəsində idim.Hamı kimi Əli Kərimlinin etdiklərini gözümlə görürdüm."Qeyd edək ki, bugünı qədər bir neçə siyasətçi AXCP sədri Əli Kərimli haqqında kompromatlara malik olduqlarını bəyan ediblər.
sia.az