PDF Oxu

Müxalifət

  • 22

Mustafa Hacıbəyli: “El”in partiyaya çevriləcəyini demək çətindir”

Mustafa Hacıbəyli: “El”in partiyaya çevriləcəyini demək çətindir”

"Eldar Namazovun çoxdan siyasi təşkilat yaratmaq arzusu var idi. Hazırda nə dərəcədə bunu reallığa çevirəcək bilmirəm". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli "El" Hərəkatının sədri Eldar Namazovun ABŞ səfiri Rçard Morniqstarla görüşündən sonra Hərəkatın partiyaya çevrilməsi qərarı verməsinə və ana müxalifətçiliyi ələ almaq iddiasına münasibətini açıqlayarkən söyləyib.Musatafa Hacıbəyli, həmçinin, "El" Hərəkatının partiyaya çevrilməsindən sonra nə dərəcədə ana müxalifət rolunu oynaya biləcəyi ilə bağlı suala münasibət bildirərkən qeyd edib ki, hazırda bu barədə danışmaq çətindir: "Bunu bilmək olmaz. Öncə sual etmək lazımdır ki, Hərəkat partiyaya çevriləcəkmi ya yox? Bu maraqlıdır. Qaldı ki, Hərəkatın partiyaya çevrilməsinə, buna sonra necə mövqe sərgiləycəksə ona uyğun da addım atılacaq".

sia.az

Digər xəbərlər