"El" Hərəkatının Azərbaycanın siyasi səhnəsində heç bir nüfuza sahib olmadığı üçün siyasi partiya yaratsa da, heç bir uğur qazana bilməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc Hərəkat sədri Eldar Namazovun ABŞ səfiri ilə görüşündən sonra Milli Şuradan istefasına və rəhbərlik etdiyi qurumun ana müxalifət partiyasına çevrilmək qərarına münasibətini açıqlayarkən bildirib."Kimin dəstəyi olmasından asılı olmayaraq, yeni partiya yaradaraq öndə olması çətin məsələdir" - deyə bildirən Əhməd Oruc onu da qeyd edib ki, cəmiyyətdə formalaşan ümumi rəyi hər yerindən duran hərəkat və ya partiya poza bilməz: "Bu baxımdan, Milli Şuranın son durumunu nəzərə alsaq ana müxalifət siyahısına iddia etmək qeyri-ciddi və gülünc səslənir. ABŞ Azərbaycanda hansısa maraqlarını həyata keçirmək üçün bir sıra partiyalarla və hərəkatlarla əməkdaşlıqda maraqlıdır. Onlarla iş birliyində olanlar öz maraqlarını hər şeydən üstün tutaraq Azərbaycanın milli maraqlarını satışa qoyurlar. "El" Hərəkatı partiyaya çevrilsə belə, heç bir uğur qazana bilməz".
sia,az