"Mən müxalifətdaxili məsələlərlə bağlı münasibət bildirmirəm". Bu sözləri AXCP-nin sədr müavini Nürəddin Məmmədli SİA-ya açıqlamasında Müsavat Partiyası ilə yenidən əməkdaşlığın mümkünsüzlüyü ilə bağlı fikirlərini bildirərkən deyib."Mən bu məsələlərlə bağlı deyilməsi zəruri olan hər nə varsa demişəm" - deyə qeyd edən AXCP sədrinin müavini onu da bildirib ki, artıq AXCP-nin Müsavat partiyası ilə heç bir əlaqəsi yoxdur.Xatırladaq ki, Nurəddin Məmmədli bir neçə gün öncə Müsavat Partiyasını Rəsulzadə-Elçibəy yoluna xəyanət etməkdə günahlandırıb və bundan sonra hər hansı bir əməkdaşlığın ola biləcəyinə inanmadığını bildirib.
sia.az